IMG-LOGO

Qəbələdə güclü leysandan sonra sel gəlib, yollara palçıq yığılıb -FOTOLENT

28 Jun 2026 19:03 3 baxış
IMG
0 0

Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub.

Günorta saatlarından başlayaraq leysan xarakterli yağışlar nəticəsində Qəbələnin Vəndam qəsəbəsində Qara çaydan sel keçib.

Nəticədə kəndin mərkəzində çay kənarında yerləşən Məscidin həyətinə, yeni tikilən yolun bir hissəsinə eləcə də çay kənarında yerləşən bağ və digər ərazilərə selin gətirdiyi lil yığılıb.

Sel yeni tikilən yolun bir hissəsini də tamamilə yararsız vəziyyətə salıb. Leysan yağışları ilə əlaqədar avtomobillərin hərəkətində çətinliklər yaranıb. Selin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır./ APA

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti