Böyük Britaniyada 74 yaşlı qadın ölüm xəbərini bələdiyyə məclisindən başsağlığı məktubundan öyrənib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, Aybstokdan olan təqaüdçü Barbara Skedd, mayın 21-də Şimal-Qərbi Lesterşir rayon şurasından ailəsində baş verən son ölüm hadisəsi səbəbindən ev vergisi hesabında düzəliş edilməsi barədə bildiriş alıb.
Məktub onun vəkillərinə ünvanlanıb. Bundan sonra yaşlı qadının pensiyası və pensiya krediti də daxil olmaqla bütün müavinətləri dondurulub.
Səlahiyyətlilər izah ediblər ki, məktub İş və pensiyalar departamenti Skeddin ölümünü bildirdikdən sonra standart prosedura uyğun göndərilib. Skedd rəsmilərə sağ olduğunu şəxsən sübut etmək məcburiyyətində qalıb - hətta onu yoxlamaq üçün müfəttiş də göndəriblər. Lakin o, heç vaxt izahat və ya üzr istəmədiyini və pulun yalnız iki həftə sonra geri qaytarıldığını iddia edir.
Yemək və benzin üçün pulu olmayan təqaüdçü bildirib ki, məktub onu "tamamilə dəhşətə" və sonra ümidsizliyə salıb. Yalnız dostlarının və ailəsinin köməyi onu aclıqdan xilas edib.
İş və pensiyalar departamenti "inzibati səhv"ə görə üzr istəyib və bütün ödənişlərin bərpa olunduğunu bildirib. Şəhər şurası vəziyyət aydınlaşana qədər mənzil vergisi iddialarını ləğv edəcəyinə söz verib.
Qadın ölüm məktub
Mənbə: lent.az