IMG-LOGO

Ağdərədə AĞIR QƏZA: avtobus aşdı, xeyli sayda yaralı var

28 Jun 2026 11:40 5 baxış
IMG
2 0

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara təxliyə edilir.

Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı dəqiqləşdirilir./APA

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti