IMG-LOGO

DÇ-2026: Hamı Messidən danışır - Gündəm oldu

28 Jun 2026 10:59 3 baxış
IMG
3 0

2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsi başa çatıb və bütün pley-off cütlükləri müəyyənləşib.

Espn məlumat verir ki, son oyun günündə diqqət mərkəzində Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo və Argentina yığmasının lideri Lionel Messi olub.

Portuqaliya qrup mərhələsinin son oyununda Kolumbiya ilə qolsuz heç-heçə edib. Ronaldo meydana yeni qızılı rəngli butsilərlə çıxıb və görüş ərzində komandasının heyətində ən çox diqqət çəkən futbolçulardan biri olub. Buna baxmayaraq, Portuqaliya qrupu ikinci pillədə başa vurub, Kolumbiya isə lider kimi növbəti mərhələyə yüksəlib.

Argentina isə İordaniya ilə qarşılaşmada əsas heyətdə bir sıra dəyişiklik edib. Baş məşqçi Lionel Skaloni əsas futbolçularını, o cümlədən Lionel Messini ehtiyatda saxlayaraq onlara istirahət verməyə üstünlük verib

Futbol ictimaiyyətinin diqqəti indi çempionatın həlledici mərhələsinə yönəlib. Turnirin favoriti hesab olunan komandalar kubok uğrunda mübarizəni davam etdirəcək, ilk pley-off oyunlarında isə bir sıra maraqlı qarşılaşmalar azarkeşləri gözləyir.

 

 

Dünya Çempionatı DÇ-2026 Dünya çempionatı 2026 Kriştiano Ronaldo Lionel Messi Portuqaliya Argentina Kolumbiya İordaniya pley-off futbol Avstriya Əlcəzair

Mənbə: lent.az

Xəbər lenti