IMG-LOGO

UFC: Şara Maqomedovdan BAKIDA GERİDÖNÜŞ

27 Jun 2026 22:40 3 baxış
IMG
2 0

Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.

Lent.az xəbər verir ki, artıq əsas döyüşlərə start verilib.

Orta çəki dərəcəsində Rusiya təmsilçisi Şara Maqomedov Braziliyadan olan Mişel Pereyra ilə qarşılaşıb. İlk raundda Maqomedov 51, Pereyra 38 zərbə ilə yadda qalıb. Braziliyalı bir dəfə rəqibini nokdaun vəziyyətinə salıb.

İkinci raund dağıstanlı idmançının üstünlüyü ilə keçib. Son raundda da Maqomedov üstün çıxış edib. O, hakimlərin yekdil qərarı ilə qalib seçilib.

Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.

Şara Maqomedov ufc

Mənbə: lent.az

Xəbər lenti