IMG-LOGO

Dalğıc cadugərləri belə ifşa etdi

27 Jun 2026 15:21 4 baxış
IMG
1 0

Türkiyənin Antalya şəhərində dalğıc Hüseyn Fırat tapdığı cadu əşyalarını dənizdən çıxarıb sosial şəbəkədə paylaşndan sonra cadugərlər tərəfindən təhdid olunub. 

Lent.az yerli mətbuata istinadən xəbər verir ki, "Su altında həyat var" adlı sosial media hesabında görüntülər paylaşan Hüseyn Fırat təxminən bir ay əvvəl Yalım Parkı yaxınlığında dalış zamanı sahilə yaxın ərazidə şübhəli əşya tapdığını deyib.

Onun sözlərinə görə, uzaqdan baxanda həmin əşyanı siqaret qutusu zənn edib. Lakin yaxınlaşıb götürdükdə, üzərində bir nəfərin pasport şəklinin, ərəb dilində yazılmış kağızların olduğunu və hər şeyin lentlə sarıldığını görüb.

"Əşyanı evə apardıq, həyat yoldaşımla birlikdə açdıq və sosial şəbəkədə paylaşdıq. İçəridə kimə aid olduğunu bilmədiyimiz bir şəxsin pasport şəkli var idi. Həmin insanın narahat olmaması üçün fotonun aydın görünən hissələrini bulanıqlaşdırdıq" – deyə o bildirib.

Hüseyn Fırat bildirib ki, paylaşımından sonra özlərini "metafizika" və "cadu" ilə məşğul olan şəxslər kimi təqdim edən bəzi sosial media istifadəçiləri onu təhqir edib və təhdid mesajları göndəriblər:

"Onlar bizi təhqir etdilər, hətta bizə qarşı cadu edəcəklərini yazdılar. Profillərinə baxanda gördük ki, metafizika və cadu mövzularında fəaliyyət göstərirlər və bundan qazanc əldə edirlər. Bununla bağlı Antalya Respublika Baş Prokurorluğuna müraciət etmişik”.

Hadisələr dənizdən cadu alətləri tapıldı dalğıc təhdid edildi Türkiyə

Mənbə: lent.az

Xəbər lenti