IMG-LOGO

Sevgilisinə görə şəhərdə terror həyəcanı yaratdı

27 Jun 2026 10:51 3 baxış
IMG
1 1

Rusiyanın Kalininqrad vilayətində kişi sevgilisinin bölgəni tərk etməməsi üçün qeyri-adi yola əl atıb.

Lent.az-ın yerli mediaya istinadən xəbərinə görə, o, "112" təcili xidmətinə zəng edərək nəqliyyat qovşaqlarından birinin minalandığını bildirib.

Hadisə yerinə cəlb olunan operativ xidmət əməkdaşları binanı yoxlasalar da, heç bir partlayıcı qurğu və ya təhlükəli əşya aşkar etməyiblər.

Polis zəng edən şəxsin kimliyini müəyyən edərək onu saxlayıb. Kalininqrad sakini ifadəsində bildirib ki, yalan məlumatı sevgilisinin bölgəni tərk edə bilməməsi və onu geri qaytara biləcəyi ümidi ilə verib.

Faktla bağlı "Terror aktı barədə qəsdən yalan məlumat vermə" maddəsi ilə cinayət işi başlanıb.

Hadisə dünyadan xəbərlər cinayət işləri

Mənbə: lent.az

Xəbər lenti