IMG-LOGO

Sevgilisi Ronaldonun neçə yaşadək oynayacağını açıqladı

26 Jun 2026 12:23 2 baxış
IMG
0 0

Georgina Rodriqez futbol ulduzu Kriştiano Ronaldonun 41 yaşında belə yüksək səviyyədə çıxış etməsinin sirrindən danışıb.

Lent.az-ın xəbərinə görə, Rodriqez sosial şəbəkədə yazıb ki, Ronaldonun futbola olan sevgisi və motivasiyası tanış olduqları ilk gündə necə idisə, bu gün də eynidir.

"İnanılmazdır ki, bu gün də futbola ilk tanış olduğumuz gündəki həvəslə yanaşır. Elə bir gün olmur ki, o, özünü tam şəkildə oyuna həsr etməsin. İnsanlar onun nə vaxt karyerasını başa vuracağını soruşurlar. Açığını desəm, o, 50 yaşına qədər oynaya bilər", – deyə Rodriqez bildirib.

İdman xəbərləri futbol

Mənbə: lent.az

Xəbər lenti