Türkiyənin Çanaqqala vilayətində azərbaycanlı qadın evlilik vədi ilə kişinin pullarını ələ keçirib.
Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, hətta televiziya proqramlarından birində də müzakirə olunan bu hadisədə özünü L.A. kimi təqdim edən şəxs əslində Azərbaycan vətəndaşı M.H.-dir. İstintaqın məlumatına görə, o, R.Y. adlı şəxsi evlilik vədi ilə aldadaraq 800 min türk lirəsini ələ keçirib.
Xaricə qaçmağa cəhd etdiyi vaxt Ərzurum şəhərində saxlanılan M.H. iyunun 24-də məhkəmə qarşısına çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə ilə əlaqəli olduğu və vasitəçilik etdiyi müəyyən edilən digər şübhəli K.T. isə Lapseki qəsəbəsində tutulub. O da iyunun 24-də məhkəməyə çıxarılaraq həbs edilib. İstintaq hadisə ilə bağlı araşdırmaları davam etdirir.
Hadisələr Türkiyə dələduzluq azərbaycanlıMənbə: lent.az