IMG-LOGO

Lənkəran dağlarında 8 nəfər itkin düşdü - VİDEO

26 Jun 2026 09:54 4 baxış
IMG
1 0

Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə vətəndaşlar itkin düşüblər.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas edilib.

Axtarışlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd camaatı da iştirak edib.

Hadisələr itkin FHN xilasetmə Lənkəran

Mənbə: lent.az

Xəbər lenti