2026-cı il dünya çempionatında III turun oyunları davam edir.
Lent.az xəbər verir ki, ikinci oyun günündə F qrupunun iki görüşü baş tutub.
Tunis millisi Niderlandla qarşılaşıb. Çatç narıncıların 3:1-lik qalibiyyəti ilə bitib. Niderland qrupdan 7 xalla lider kimi çıxıb. Tunis isə mundialı xalsız tərk edib.
Qrupun digər matçında isə Yaponiya İsveçlə üz-üzə gəlib. Tərəflər hərəyə bir dəfə fərqlənməklə 1 xal qazanıblar: 1:1.
Yaponiya 5 xalla qrup ikincisi, İsveç 4 xalla qrup üçüncüsü kimi adını 1/16 finala yazıdırb.
Hər iki matç Bakı vaxtı ilə saat 03:00-da start götürüb.
DÇ-2026 F qrupu, III tur 26 iyun 03:00. Tunis - Niderland 1:3
Qol: Şkiri, 3 (ö.q), Brobbi, 7, Masturi, 54, Van Hekke, 62
03:00. Yaponiya - İsveç 1:1
Qol: Maeda, 56, Elanqa, 62
DÇ-2026Mənbə: lent.az