IMG-LOGO

Bakıda kişi ondan pul istəyən sevgilisini döydü

25 Jun 2026 17:00 4 baxış
IMG
3 0

Bakıda kişi sevgilisini döyüb.

Lent.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

İttiham aktına görə, Gürcüstan vətəndaşı 44 yaşlı Yavər Musayev (ad və soyad şərtidir) qeyri-rəsmi nikahda olduğu qadınla mübahisə edib. Mübahisəyə səbəb qadının ondan pul istəməsi olub. Münaqişə zamanı Yavər əli ilə qadının başına vuraraq, xəsarət yetirib.

Faktla bağlı Yavər saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən şəxs də həmçinin şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Yavər Musayev məsuliyyətdən azad edilib. 

Hadisələr cinayət işləri məhkəmə işləri məhkəmə qərarları

Mənbə: lent.az

Xəbər lenti