Hər bir istifadəçi gündə azı bir dəfə mobil cihazını doldurur. Bir çox insan bunu demək olar ki, hər gün edir.
Lent.az xəbər verir ki, bir çox smartfon sahibləri batareyanı doldurmağa başlamazdan əvvəl bir neçə vacib proseduru yerinə yetirmirlər.
Həmin prosedurları təqdim edirik:
“Kabro”nu çıxarın
Bəzi istifadəçilər smartfonunu telefon qabı ilə doldurur və bunda heç bir problem görmür. Ancaq cihazı doldurmağa başlamazdan əvvəl qoruyucunu çıxarmaq daha yaxşıdır.
Əks halda, qadcet həddindən artıq qıza bilər. Sonda bu proses batareyada problemlər yarada bilər.
Enerji təchizatını çıxarın
Əlbəttə ki, smartfonun akkumulyatoru noutbukdan, stolüstü kompüterdən və ya televizordan doldurmaq mümkündür. Bu hallarda yalnız kabeldən istifadə edin.
Bununla belə, mobil cihazı rozetkadan doldurmaq daha məsləhətdir. Bu halda smartfon daha tez şarj ediləcək.
Smartfonu söndürün
Batareyanın doldurulmasını sürətləndirməyin başqa bir yolu mobil telefonunuzu söndürməkdir. Lazımsız proseslərin olmaması şarj səviyyəsinin tez doldurulmasının təminatıdır.
Vacib zəngi qaçırmaqdan qorxduğunuz üçün smartfonunuzu söndürmək istəmirsinizsə, o zaman aktiv proqramları, “Wi-Fi” və “Bluetooth”u söndürün.