Bakının Biləcəri qəsəbəsində dünən axşam yağan yağışdan sonra çirkab suları küçələrə axıb.
Bu barədə sakinlər Lent.az-a müraciət ediblər.
Onlar bildiriblər ki, yağış yağanda kanalizasiya quyuları daşaraq çirkab sular həyətlərə, eləcə də küçələrə dolur. Nəticədə küçədə kəskin qoxu yaranıb:
“Dünən axşam bir az yağış yağdı, bir çox evləri, həyətləri su basdı. Kanalizasiya quyuları təhlükəli vəziyyətdədir, quyunun ətrafındakı beton sıradan çıxıb. Buna görə də yağış yağan kimi çirkab sular daşır”.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda tullantı su təchizatı əhali tərəfindən primitiv üsulla çəkilib:
“Nəticədə normativ tələblərə uyğun qurulmayan sistemin yağışlı hava şəraitində əlavə yüklənməyə məruz qalaraq ötürücülük qabiliyyəti azalır. Hazırda xətdə heç bir tutulma yoxdur, xətt işləkdir”.
Sizin brauzer video tagını dəstəkləmir. Sizin brauzer video tagını dəstəkləmir. Biləcəri yağış Bilcəridə kanalizasiya xəttləriMənbə: lent.az