IMG-LOGO

Mərdəkanda dənizə batan dördüncü gəncin də meyiti tapıldı - YENİLƏNİB

25 Jun 2026 09:33 4 baxış
IMG
70 2

Mərdəkan çimərliyində dənizdə batan dördüncü gəncin də meyiti tapılıb.

Lent.az-ın xəbərinə görə, 3 gündür davam edən axtarışlar nəticəsində 23 yaşlı Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məlumat FHN mətbuat xidmətindən Lent.az-a təsdiqlənib.

*** 22 iyun, 2026, saat: 16:58

Axtarışlar nəticəsində dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər şəxs - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.

*** 

saat 15:25

Dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər vətəndaşlar - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun axtarışları davam etdirilir.

Dənizdə batan 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlu qardaşlardır.

***

saat 15:12

Xəzərdə 4 nəfər batıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xəbər verilib. 

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 kilometr aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər vətəndaşların batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar aparır.

Əlavə məlumat veriləcək.

Hadisələr dənizdə batdı

Mənbə: lent.az

Xəbər lenti