IMG-LOGO

Meksika Çexiyanı, CAR Cənubi Koreyanı məğlub etdi

25 Jun 2026 07:04 3 baxış
IMG
0 0

DÇ-2026-da A qrupunun III tur oyunları keçirilib.

Apasport.az xəbər verir ki, turun hər iki görüşü eyni saatda - Bakı vaxtilə 05:00-da başlayıb.

Meksika Çexiya üzərində inamlı qələbə qazanıb: 3:0. Ev sahibləri maksimum nəticə göstərib və 9 xalla qrupu lider olaraq bitirib.

Cənubi Afrika isə Cənubi Koreya ilə qarşılaşıb. Afrikalılar minimal hesablı qələbəyə seviniblər: 1:0.

Bu qələbənin ardınca xallarının sayını 4-ə yüksəldən CAR qrupu 2-ci pillədə başa vurub. Asiya təmsilçisi isə 3 xalla 3-cü olub və pley-offa qalmaq üçün ən yaxşı 3-cülər arasına girməyi gözləyəcək.

DÇ-2026 A qrupu, III tur 25 iyun

05:00. Çexiya - Meksika 0:3

Qol: Ç. Qarsiya, 55, Kuinones, 61, Fidalqo, 90+4

05:00. CAR - Cənubi Koreya 1:0

Qol: Maseko, 63

Dünya Çempionatı

Mənbə: lent.az

Xəbər lenti