IMG-LOGO

Binəqədidə kanalizasiya daşdı, küçəni üfunət bürüdü - VİDEO

24 Jun 2026 16:37 2 baxış
IMG
1 0

Bakının Binəqədi rayon Gülüstan qəsəbəsi döngə 15 ünvanında yaşayan sakinlər aylardır kanalizasiya qoxusundan əziyyət çəkirlər.

Onlar Lent.az-a müraciətlərində bildiriblər ki, bir neçə aydır kanalizasiya boruları tutulduğu üçün çirkab sular yollara axır.

“Dəfələrlə məsul qurumla əlaqə saxlamışıq, problemlə bağlı məlumat vermişik. Lakin hələ də bu məsələyə baxılmır. Yola, həyətə çıxa bilmirik, isti havada pəncərələri açmırıq, uşaqlar küçədə oynaya bilmirlər”,- deyə şikayətçilər qeyd ediblər.

İri Şəhələrin Biləşmiş Su Təchizatı Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Binəqədi Sukanal İdarəsinə məlumat verilib:

“Əraziyə briqada cəlb ediləcək, şəbəkədə tutulma aradan qaldırılacaq”.

Sizin brauzer video tagını dəstəkləmir. sosial kanalizasiya Binəqədi

Mənbə: lent.az

Xəbər lenti