Sabah Azərbaycanın iki rayonunda qaz olmayacaq.
Bu barədə Lent.az-a "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Lənkəran rayonunun Nərimanabad və Balıqçılar qəsəbələrinin, Üzümçülük kəndinin, həmçinin Liman şəhərinin M. Ə. Rəsulzadə və 28 May küçələrində, həmçinin Qazax şəhərinin M.P.Vaqif, S.Vurğun, M.Hüseyn, Dağlıq, Kənar və E. Hüseynov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
qaz olmayacaqMənbə: lent.az