Konsert proqramlarına qısa fasilə verən türkiyəli müğənni Hadise istirahətə yollanıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib.
Sosial şəbəkələrdən aktiv istifadə edən 40 yaşlı pop ulduz bu dəfə izləyicilərinin qarşısına makiyajsız və təbii görünüşü ilə çıxıb. Sadə obrazı ilə bəyənmə toplayan Hadisənin paylaşımları qısa zamanda geniş müzakirələrə səbəb olub.
İnstagram-da 13,8 milyon izləyicisi olan sənətçi tətil paylaşımlarındakı fit görünüşü ilə də diqqət çəkib.
Pərəstişkarları isə şərhlərdə eyni fikri bölüşüblər: “Təbiilik sənə çox yaraşır”.
hadise tətil foto

Mənbə: lent.az