IMG-LOGO

Tanınmış siyasətçi və müğənnidən parkda romantik görüntü

24 Jun 2026 13:11 3 baxış
IMG
0 0

Müğənni Keti Perri və Castin Trüdo parkda birlikdə piknik edərkən kameralara tuş gəlib.

Lent.az xəbər verir ki, 41 yaşlı pop ulduzu ilə 54 yaşlı keçmiş siyasətçi ABŞ-ın Santa Barbara şəhərində yerləşən parkda romantik görüş keçirib.

Onlar çəmənlikdə sərdikləri örtünün üzərində olduqca rahat və səmimi görüntülənib. Cütlük parka övladları ilə birlikdə gəlib. Onlarla birlikdə Keti Perrinin Orlando Blum ilə münasibətindən olan 5 yaşlı qızı Deyzi, eləcə də Castin Trüdonun keçmiş həyat yoldaşı Sofiya Trüdo ilə nikahından olan 12 yaşlı oğlu Hadrien də olub.

Keti Perri Castin Trüdo şou-biznes

Mənbə: lent.az

Xəbər lenti