İsmayıllı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əfəndiyev Əyyub İslam oğlu iş görən zaman traktorun qoşqusunun altında qalıb.
İlkin məlumata görə, onun ayağı qoşquya ilişib və nəticədə traktorun altında qalaraq hadisə yerində həyatını itirib.
traktor ismayıllı bədbəxt hadisəMənbə: lent.az