Şəkidə taxıl sahəsində iritonnajlı yük maşını yanıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Sarıca kəndində qeydə alınıb.
1988-ci il təvvəllüdlü Ruslan Vəli oğlu Ələsgərova məxsus DAF markalı, 77 KF 590 dövlət qeydiyyat nişanlı yük avtomobilində yanğın baş verib.
Yanğın nəticəsində maşının yanar konstruksiyaları və maşının olduğu ərazidə 100 kv.m sahədə biçilmiş taxıl sahəsi yanıb.
Yük avtomobilinə qoşulmuş qoşqu və qoşquya yığılmış 24 ton taxıl yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov
Sizin brauzer video tagını dəstəkləmir. hadisə Şəkidə yük maşını yandıMənbə: lent.az