IMG-LOGO

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

23 Jun 2026 14:15 3 baxış
IMG
0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Elgün İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid Ə.E təqsirləndirilən şəxsi tanıdığını bildirib:

"Mən Kamranı da Elgünün vasitəsilə tanımışam. Hadisə günü Elgün zəng eləyib təklif etdi ki, Kamranla da görüşüb çay içək. 20 dəqiqədən sonra gəldilər, görüşüb çayxanaya tərəf getməyə başladıq. Elgün Kamrana hansı səbəbdən onun zənglərinə cavab vermədiyini soruşdu. Kamran sən deyəsən məni tutdurmaq istəyirsən. Mən heç kimin zənginə cavab verməmişdim, sənə xüsusi vəziyyət deyildi deyə cavab verdi. Mübahisə yarandı, mübahisə getdikcə böyüyüb davaya çevrilməyə başladı. Mən araya girib onları sakitləşdirməyə çalışdım. Elgün Kamrana əl-qol atırdı. Geri dönəndə Kamranın köynəyinin qanlı olduğunu gördüm".

Növbəti proses 7 iyul  saat 16:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il mayın 12-də Binəqədi rayon ərazisində baş verib. Elgün İsmayılov tanışı Kamran Cəfərovun onun telefon zənglərinə cavab verməməsini əsas gətirərək, K.Cəfərovun qarın nayihəsinə bıçaqla zərbə vuraraq ona ağır fiziki xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanılıb, Elgün İsmayılov Cinayət Məcəlləsinin 126.2.4 və 221.3 maddələri ilə məsuliyyətə cəlb olunub.

Hadisələr kriminal xəbərlər cinayət işləri məhkəmə işləri

Mənbə: lent.az

Xəbər lenti