IMG-LOGO

Salyanda iki "Mercedes" toqquşdu, xeyli sayda yaralı var

22 Jun 2026 14:10 6 baxış
IMG
0 0

Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Lent.az APA-ya istinadla, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

“Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində Sabirabad rayon sakini, 42 yaşlı Səbuhi Həsənov, Salyan rayon sakinləri -35 yaşlı Könül Eminova, 62 yaşlı Sevil Məmmədova, 61 yaşlı Gülxar Abdulova və 38 yaşlı Elnarə Mehdiyeva xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti