Bakıda minik avtomobili motosikleti vurub.
Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.
İlqar Abil oğlu Müslümlü idarə etdiyi "Chevrolet" markalı, 77-YG-318 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Mahir Vasif oğlu Nağıyevin idarə etdiyi TVS markalı, 99-K-795 dövlət nömrə nişanlı motosikleti vurub.
Nəticədə motosikletin sürücüsü yüngül xəsarət alıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr toqquşmaMənbə: lent.az