IMG-LOGO

DÇ 2026: Gözlər Fransa – İraq oyununda: Ulduzlar kimdir?

22 Jun 2026 11:14 25 baxış
IMG
0 0

2026-cı il FIFA Dünya Çempionatının I qrupunda Fransa millisi iyunun 22-də Filadelfiyadakı "Lincoln Financial Field" stadionunda İraqla qarşılaşacaq.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qrupdakı ilk oyununda Seneqalı 3:1 hesabı ilə məğlub edən Fransa bu qələbədə Kilian Mbappenin vurduğu iki qolla ön plana çıxmasını təmin edib. "Les Bleus" hazırda qrup birinciliyi uğrunda Norveçlə mübarizə aparır.

İraq millisi isə ilk turda Norveçə 1:4 hesabı ilə uduzub. Komanda ilk hissənin ortalarında hesabı bərabərləşdirsə də, Erlinq Haalandın dublunun qarşısını ala bilməyib.

Fransa millisinin ehtimal olunan start heyəti

(4-2-3-1): Mayk Menyan – Jül Kunde, Dayo Upamekano, Uilyam Saliba, Lukas Din – Manu Kone, Adrien Rabyo – Maykl Olise, Usman Dembele, Dezire Due – Kilian Mbappe.

Zədəlilər: yoxdur.

Diskvalifikasiya olunanlar: yoxdur.

Sarı vərəqə təhlükəsində olan futbolçular: yoxdur.

Fransa millisinin baş məşqçisi Didye Deşamın əsas seçim dilemması sol cinahla bağlıdır. İlk oyunda start heyətində yer alan Dezire Due ilə sonradan meydana daxil olub qol vuran Bredli Barkola arasında seçim etməli olacaq.

Yarımmüdafiədə də müəyyən suallar var. Adrien Rabyo Seneqala qarşı oyunda inamlı təsir bağışlamayıb və onun mövqeyində alternativlərin çox olmaması Deşam üçün əlavə çətinlik yaradır.

İraq millisinin ehtimal olunan start heyəti

(4-4-2): Cəlal Həsən – Hüseyn Əli, Zeyd Təhsin, Akam Haşim, Merxas Doski – İbrahim Bayeş, Zidan İqbal, Əmir Əl-Əmmari, Əli Casim – Əymən Hüseyn, Əli Əl-Hamadi.

Zədəlilər: yoxdur.

Diskvalifikasiya olunanlar: yoxdur.

Sarı vərəqə təhlükəsində olan futbolçu: Zeyd Təhsin.

Norveçə qarşı ilk oyunda 73-cü dəqiqədə zədə səbəbindən əvəzlənən cinah oyunçusu Əli Casim artıq məşqlərə qayıdıb və Fransa ilə qarşılaşmada meydana çıxmağa hazır olduğu bildirilir. O, Norveçlə matçda İraqın yeganə qolunda da iştirak etmişdi.

Matçın proqnozu

Mütəxəssislərin fikrincə, Norveç qarşısında Erlinq Haalandın etdiyi kimi, Kilian Mbappenin də İraq müdafiəsinə ciddi problemlər yaşatması gözlənilir.

 

Dünya Çempionatı DÇ-2026 Fransa İraq Dünya Çempionatı 2026 Kilian Mbappe Didye Deşam Qrem Arnold futbol Lincoln Financial Field I qrup Filadelfiya

Mənbə: lent.az

Xəbər lenti