IMG-LOGO

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın etdi

21 Jun 2026 22:08 3 baxış
IMG
0 0

Futbol üzrə 2026-cı il dünya çempionatının H qrupunda keçirilən oyunda İspaniya millisi Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib.

Lent.az xəbər verir ki, qarşılaşma İspaniya yığmasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İspanların heyətində Lamin Yamal 10-cu dəqiqədə hesabı açıb. Mikel Oyarzabal isə 21-ci və 24-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb. Səudiyyə Ərəbistanının müdafiəçisi Həsən Əl-Tambakti 49-cu dəqiqədə avtoqol müəllifi olub.

 

DÇ-2026

Mənbə: lent.az

Xəbər lenti