IMG-LOGO

Kərtənkələ ona su verən kişinin barmağını qopardı -VİDEO

16 Jun 2026 16:29 2 baxış
IMG
4 0

Braziliyada tequ növünə aid iri kərtənkələ ona su verməyə çalışan kişiyə hücum edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində zərərçəkənin barmağının bir hissəsi amputasiya olunub.

Məlumata görə, Xose Olimpio adlı kişi küçədə hasarın yaxınlığında kərtənkələni görərək ona su vermək qərarına gəlib. Həmin anlar onun iş yoldaşı tərəfindən lentə alınıb. Videoda kişinin plastik butulkadan heyvanın üzərinə su tökdüyü görünür. Bu zaman tequ qəfil sıçrayaraq onun əlindən yapışıb.

Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb. Lakin xəsarətlərin ağırlığı səbəbindən həkimlər onun barmağının bir hissəsini amputasiya etmək məcburiyyətində qalıblar.

Sizin brauzer video tagını dəstəkləmir. hadisə dünyadan xəbərlər

Mənbə: lent.az

Xəbər lenti