IMG-LOGO

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

22 Apr 2024 10:41 132 baxış
IMG

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. 

Lent.az xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib.

Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanoma olanlar da döymə etdirməməlidir. Həkim bildirib ki, döymə yerində əmələ gələn dəri xərçənginin gözdən qaçması ehtimalı da var. 

O, tatu dizaynını tətbiq etmək üçün istifadə olunan boyaların təhlükəli olduğunu da vurğulayıb. Onlar allergik reaksiyaya səbəb ola bilər. Bundan əlavə, yoluxucu xəstəliklər istisna deyil. 

Həkim döymə prosesi zamanı insanların özünə diqqət yetirməyə çağırıb. O bildirib ki, iynələr birdəfəlik olmalıdır və ustada boyalar üçün sertifikat olmalıdır.  

Mənbə: lent.az

Xəbər lenti