2026-cı il dünya çempionatında D qrupunda mübarizə davam edir.
Apasport.az xəbər verir ki, qrupun ikinci matçında Türkiyə yığması Avstraliya ilə qarşılaşır.
Oyunda hesabı 27-ci dəqiqədə Avstraliya açıb. Əks hücum zamanı Nestori İrankunda müdafiəçilərdən ustalıqla sıyrılaraq topu Uğurcan Çakırın qoruduğu qapıdan keçirib.
İlk hissədə başqa qol vurulmayıb.
Vankuverdə keçirilən görüş Bakı vaxtı ilə saat 08:00-da başlayıb.
DÇ-2026 D qrupu 14 iyun 08:00 Avstraliya - Türkiyə 1:0
Qol: İrankunda, 27
Türkiyə: Uğurcan, Zeki, Merih, Abdülkerim, Ferdi, İsmail, Orkun, Hakan, Arda, Barış, Kerem
Avstraliya: Beaç, Circati, İtaliano, Bos, Souttar, Burgess, Metcalfe, O'Neill, Okon-Engstler, Toure, İrankunda
Dünya ÇempionatıMənbə: lent.az