IMG-LOGO

DÇ-2026: Braziliya Mərakeşlə heç-heçə etdi

14 Jun 2026 04:20 2 baxış
IMG
1 0

2026-cı il dünya çempionatında C qrupunda mübarizəyə start verilib.

Lent.az xəbər verir ki, mundialların ən titullu komandası Braziliya Afrika futbolunun yüksələn ulduzu Mərakeş ilə qarşılaşıb.

Nyu-Yorkda keçirilən görüş qarşılıqlı qollarla başlayıb. Hesabı Afrika təmsilçisi açsa da, braziliyalılar bərabərlik topunu vurmağı bacarıb. İkinci hissədə tərəflərin səylərinə baxmayaraq oyunda hesab dəyişməyib.

DÇ-2026 B qrupu 14 iyun 02:00 Braziliya - Mərakeş 1:1 Qollar: V. Junior, 32 - İ. Saibari, 21 Braziliya: Alisson, Duqlas Santos, Qabriel, Markinyos, Rocer İbanyes, Kazemiro, Bruno Gimarayns, Vinisius Junior, Lukas Paketa, Rafinya, İqor Tiaqo. Mərakeş: Bono, Mazraui, Riad, Diop, Hakimi, El Aynaoui, Buaddi, El Hannus, Unahi, Brahim Dias, Saibari.

DÇ-2026

Mənbə: lent.az

Xəbər lenti