IMG-LOGO

Mourinyo onları "Real"da görmək istəmir

13 Jun 2026 19:52 3 baxış
IMG
3 0

Madrid "Real"ının yeni baş məşqçisi Joze Mourinyo növbəti mövsüm üçün müdafiəçilər Alvaro Karreras və Raul Asensionun xidmətində maraqlı deyil.

Lent.az xarici mediaya istinadla bildirir ki, Asensio komandada qalmaq istəyir. Əgər bu baş tutmasa, futbolçu "Real"dakı maaşını təkrarlaya biləcək bir kluba keçidinə şərait yaradılmasını gözləyir.

Alvaro Karrerasın komandadan ayrılması isə daha mürəkkəb məsələ hesab olunur. Belə ki, futbolçu ötən mövsüm "kral klubu"na transfer olunub. Məlumata əsasən, qərar yalnız portuqaliyalı mütəxəssisdən asılı olsaydı, cinah müdafiəçisi artıq Madrid təmsilçisini tərk etmiş olardı.

İdman xəbərləri futbol Real Madrid Mourinyo

Mənbə: lent.az

Xəbər lenti