İran millisinin Meksikanın Tijuana şəhərindəki məşq bazasının yerləşdiyi stadionun yaxınlığında çürümüş meyit aşkarlanıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, meyit qara torbaya bükülmüş vəziyyətdə tapılıb və onun üzərində zorakılıq izləri aşkarlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. İran millisi G qrupunda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə mübarizə aparır.
Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında Argentina və Fransa yığmaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. 11 metrlik cərimə zərbəsi seriyasında isə argentinalılar 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olublar.
İdman xəbərləri Dünya Çempionatı futbolMənbə: lent.az