IMG-LOGO

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

19.04.2024 11:25 72 baxış
IMG

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dollar aşkar ediblər.

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, axtarışlar aprelin 19-na keçən gecə həyata keçirilib.

“Şübhəlinin mənzilində axtarış zamanı külli miqdarda - 44 milyon rubl (təxminən 796 min 400 manat) və 300 min dollardan çox pul aşkar edilərək götürülüb”, - istintaq orqanı bildirib.

İstintaq Komitəsi bu vəsaitlərin mülkiyyətçiliyini müəyyən etmək və külli miqdarda pulun alınmasının, eləcə də dövriyyəsinin qanuniliyini qiymətləndirməyə başlayacaq.

Rusiya mediasında yayılan məlumata görə, Ş. Abbasovun ailəsinin bazarların birində biznesi var. Onlar qadın ayaqqabıları satışı ilə məşğuldurlar.

Qeyd edək ki, Lyublinoda Kirill Kovalevi öldürən azərbaycanlıya açılan cinayət işi daha da ağırlaşdırılıb.

Xəbər lenti