Transfermarkt Dünya çempionatını buraxacaq ən bahalı futbolçuların simvolik siyahısını açıqlayıb.
Lent.az həmin siyahını tqədim edir:
Qapıçı: Canluici Donnarumma (İtaliya, 45 milyon avro).
Müdafiəçilər: Federiko Dimarko (İtaliya, 50 milyon avro), Rikkardo Kalafori (İtaliya, 55 milyon avro), Alessandro Bastoni (İtaliya, 65 milyon avro), Yurrien Timber (Hollandiya, 70 milyon avro).
Yarımmüdafiəçilər: Dominik Soboslai (Macarıstan, 100 milyon avro), Fermin Lopes (İspaniya, 100 milyon avro), Koul Palmer (İngiltərə, 100 milyon avro), Xviça Kvaratxeliya (Gürcüstan, 140 milyon avro).
Hücumçular: Benyamin Şeşko (Sloveniya, 75 milyon avro), Viktor Osimhen (Nigeriya, 75 milyon avro).
Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.
İdman xəbərləri
Mənbə: lent.az