Dünya çempionatından əvvəl açıqlanan bazar dəyəri reytinqində Fransa 1,52 milyard avro ilə siyahıya başçılıq edib. 473,7 milyon avro dəyərində olan Türkiyə milli komandası dünyanın ən dəyərli 14-cü milli komandası olub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Dünya çempionatı həyəcanı ərəfəsi, turnirdə yarışan milli komandaların bazar dəyərləri də bəlli olub. Bu komandalarda Avropadan və dünyanın hər yerindən aparıcı ulduzlar yer alır.
Türkiyə ilk 15-likdə
Türkiyə milli komandası, ümumi heyət dəyəri 473 milyon 700 min avro ilə dünyanın ən dəyərli 14-cü milli komandası olub. Türkiyə bu reytinqdə İtaliya, Uruqvay, Xorvatiya, ABŞ, İsveçrə və Yaponiya kimi mühüm futbol ölkələrini geridə qoyub.
Fransa siyahida birincidir
Heyətində Kilian Mbappe də daxil olmaqla bir çox dünya ulduzunun olduğu Fransa 1,52 milyard avro dəyərində birinci yeri tutub. Fransanı 1,36 milyard avro ilə İngiltərə və 1,22 milyard avro ilə İspaniya izləyir.
Top 10-luğa nəhənglər daxildir
Siyahının başında Portuqaliya, Almaniya, Braziliya, Argentina və Hollandiya kimi aparıcı futbol ölkələri yer alır. Norveç, Belçika və Fil Dişi Sahili də ilk 10-luğa daxil olmağı bacarıb.
Dünyanin ən dəyərli 25 milli komandasi
1. Fransa | 1,52 milyard avro
2. İngiltərə | 1,36 milyard avro
3. İspaniya | 1,22 milyard avro
4. Portuqaliya | 1,01 milyard avro
5. Almaniya | 947 milyon avro
6. Braziliya | 928.20 milyon avro
7. Argentina | 782.50 milyon avro
8. Hollandiya | 754.20 milyon avro
9. Norveç | 589.90 milyon avro
10. Belçika | 547.50 milyon avro
11. Fil Dişi Sahili | 522.10 milyon avro
12. Mərakeş | 498.30 milyon avro
13. Seneqal | 478.10 milyon avro
14. Türkiyə | 473.70 milyon avro
15. İsveç | 406.08 milyon avro
16. Xorvatiya | 387.30 milyon avro
17. ABŞ | 385.65 milyon avro
18. Ekvador | 368.70 milyon avro
19. Danimarka | 365 milyon avro
20. Uruqvay | 359.30 milyon avro
21. İsveçrə | 332.50 milyon avro
22. İtaliya | 315.70 milyon avro
23. Kolumbiya | 302.35 milyon avro
24. Yunanıstan | 275.60 milyon avro
25. Yaponiya | 270.85 milyon avro
İdman xəbərləri
Mənbə: lent.az