"Real" klubu Xulian Alvarea üçün "Atletiko"ya etdiyi 150 milyon avroluq təklifin rədd edildiyini açıqlayıb. Bu hadisədən sonra Xulian Alvaresin 12 yaşında İspaniyaya gələrək "Real" üçün sınaq məşqlərində iştirak etdiyi görüntülər ortaya çıxıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Joze Mourinyonun yenidən baş məşqçi təyin edildiyi "Real" argentinalı ulduz Xulian Alvares üçün əzəli rəqibi
"Atletiko"ya 150 milyon avroluq böyük bir təklif irəli sürüb. Lakin "Real" "Atletiko"nun bu böyük təklifi dərhal rədd etdiyini açıqlayıb.
12 yaşinda sinaq məşqlərində iştirak edib
Transfer bazarını silkələyən bu sensasion hadisədən dərhal sonra futbol dünyasına bomba kimi düşən arxiv şəkli ortaya çıxıb. Cəmi 12 yaşında İspaniyaya gedən Alvaresin “Real”ın gənclər akademiyasında sınaq məşqlərində iştirak etdiyi görüntülər sosial mediada paylaşılıb.
500 milyon avro tələb olunur
İllər əvvəl kluba az qala qoşulan ulduz oyunçunun dəyəri indi inanılmaz dərəcədə yüksəkdir. Bildirilir ki, “Atletiko” 26 yaşlı hücumçu üçün 500 milyon avro transfer haqqı gözləyir.
Ötən mövsüm 49 oyun keçirən və 29 qola töhfə verən argentinalı ulduzun "Barselona", PSJ, "İnter", "Arsenal" və "Mançester Yunayted"in maraq dairəsinə düşdüyü bildirilir.
İdman xəbərləri
Mənbə: lent.az