IMG-LOGO

Bu gün Dünya Çempionatı başlayır

11 Jun 2026 10:25 3 baxış
IMG
0 0

Bu gün futbol üzrə 23-cü Dünya Çempionatına start veriləcək. 

Lent.az xəbər verir ki, açılış matçında A qrupunda Meksika və CAR millisi üz-üzə gələcək.

Mexikodakı “Estadio Azteca” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə 23:00-da baş tutacaq.

Qarşılaşmanın idarəsi braziliyalı hakim Vilton Sampayoya həvalə edilib.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçiriləcək.

Bu il Dünya Çempionatı tarixində ilk dəfə olaraq 48 milli komanda mübarizə aparacaq. 

Bu isə futbol tarixinin ən böyük mundialıdır.

Final oyunu iyulun 19-u Nyu-Yorkdakı “MetLife Stadium”da baş tutacaq. 

Dünya Çempionatı abş meksika kanada

Mənbə: lent.az

Xəbər lenti