Portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanına transferindən sonra Kriştiano Ronaldonun sərvəti Lionel Messininkini keçib
Kriştiano Ronaldo və Lionel Messi uzun müddətdir ki, təkcə futbol ikonları deyil, həm də dünyanın ən varlı idmançıları arasındadırlar.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Dünya çempionatı ərəfəsində iki əfsanəvi oyunçudan hansının daha çox sərvətə sahib olduğu məlum olub.
\“Forbes”in maliyyə hesablamalarına görə, Ronaldonun ümumi sərvəti hazırda 1,4 milyard, Messininki isə 1,2 milyard funt sterlinq civarındadır.
Kriştianonun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transferi və bonuslardan əlavə ildə təxminən 178 milyon funt sterlinq qazanması onun gəlirini əhəmiyyətli dərəcədə artırıb. Bundan əlavə, hücumçu tanınmış qlobal şirkətlərlə əməkdaşlıq edərək reklam müqavilələrindən və öz CR7 brendinin inkişafından əhəmiyyətli gəlir əldə edir.
Lionel Messi meydandan kənarda da xeyli gəlir əldə edir. Argentinalı futbolçunun Adidas ilə ömürlük müqaviləsi var və bir sıra beynəlxalq brendlərlə əməkdaşlıq edir və ildə on milyonlarla funt sterlinq qazanır.
Maliyyə rəqabətinə baxmayaraq, hər iki oyunçu dünya futbolunda tarix yazmağa davam edir.
2026-cı il Dünya çempionatında Ronaldo ilk böyük beynəlxalq kubokunu qazanmağa çalışacaq,
Messi isə Qətərdə qazandığı titulunu qorumaq şansına sahib olacaq.
İdman xəbərləriMənbə: lent.az