IMG-LOGO

Ağdaşda su kanalında kişi meyiti tapıldı

07 Jun 2026 21:27 5 baxış
IMG
0 0

Ağdaş rayonunda bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayonun Dəhnəxəlil kənd sakini, 1963-cü il təvəllüdlü Gündüz Şirəli oğlu Mustafayev kənd ərazisində yerləşən su kanalında ölü vəziyyətdə aşkarlanıb.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

ağdaş bədbəxt hadisə meyit

Mənbə: lent.az

Xəbər lenti