IMG-LOGO

Millimizin oyunçuları dalaşdı: baş məşqçi ikisini də qovdu

06 Jun 2026 13:56 5 baxış
IMG
1 0

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Lent.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.

Qeyd edək ki, millimiz Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda Maltaya 0:2 hesabı ilə uduzub. Həmin görüşdə rəqibin ikinci qolunun ardından futbolçular bir-biriləri ilə dalaşıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyunun 9-da San Marino yığması ilə üz-üzə gələcək.

İdman xəbərləri futbol xəbərləri Azərbaycan millisi milli komanda

Mənbə: lent.az

Xəbər lenti