IMG-LOGO

"Real" tarixinin ən bahalı transferi ola bilər

05 Jun 2026 18:55 3 baxış
IMG
0 0

İspaniya vitse-çempionu "Real" Florentino Peres yenidən seçiləcəyi təqdirdə klub tarixində ən bahalı transferi həyata keçirmək niyyətindədir.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "Kral klubu" Fransa çempionu PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Joao Neveş üçün 150 milyon avro ödəməyə hazırdır.

Ötən mövsüm 21 yaşlı futbolçu PSJ-də 38 oyun keçirib, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. Onun Paris klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.  

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti