IMG-LOGO

İlham Əliyev Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi

05 Jun 2026 10:12 9 baxış
IMG
0 0

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisinin Avropa çempionu olması ilə bağlı paylaşım edilib.

Lent.az paylaşımı təqdim edir:

"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.

Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram".

https://x.com/azpresident/status/2062776459236970976

 

İdman xəbərləri rəsmi xəbərlər Prezident

Mənbə: lent.az

Xəbər lenti