IMG-LOGO

Paparassilər Cennifer Lopesin kiçik bacısının FOTOSUNU çəkdilər: məşhur jurnalistdir

04 Jun 2026 17:18 2 baxış
IMG
0 0

Cennifer Lopesin kiçik bacısı, 54 yaşlı Linda Lopes, bacısını dəstəkləmək üçün mühüm bir tədbirə gəlib. 

Cenniferin rol aldığı "Ofis romanı" filminin Nyu-York premyerası baş ntutub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Linda tanınmış jurnalist və televiziya aparıcısıdır. 

O, V-yaxalı və qırçınlı ətəkli uzun, klassik yaşıl don geyinib. Aktrisanın bacısı isə obrazı qara ayaqqabı və şık saç düzümü ilə tamamlayıb.

Bu arada, Cennifer premyeraya 2025-ci ilin yaz/yay kolleksiyasından “Miss Sohee”nin naxışlı applikasiyaları olan incə bej rəngli don geyinib.

Cennifer Lopes aktrisa müğənni Linda Lopes jurnalist

Mənbə: lent.az

Xəbər lenti