Alimlər müəyyən ediblər ki, ev pişikləri kişilərlə ünsiyyət zamanı qadınlarla müqayisədə daha çox miyoldayır və səs siqnallarından daha fəal istifadə edir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlərinin apardığı araşdırmanın nəticələrinə görə, pişiklər məhz kişilərlə qarşılıqlı əlaqə zamanı daha çox miyoldayır və digər səs siqnallarından istifadə edir.
Elmi araşdırmalar göstərib ki, qadınlar pişiklərin emosional siqnallarını daha tez hiss edir və onların davranışına daha çox reaksiya verirlər. Buna görə də heyvanların diqqət cəlb etmək üçün yüksək səslə miyoldamasına ehtiyac qalmır.
Alimlər hesab edirlər ki, kişilər pişiklərin qeyri-verbal siqnallarını daha zəif anlaya bilər. Bu səbəbdən heyvanlar daha nəzərəçarpan ünsiyyət üsulu - miyoldamadan istifadə edirlər.
heyvanlar aləmi pişiklərin ünsiyyət vasitəsiMənbə: lent.az