IMG-LOGO

“Çelsi”nin əfsanəvi bombardiri vəfat etdi

04 Jun 2026 11:22 4 baxış
IMG
0 0

Uzun illər “Çelsi”nin bombardiri olan keçmiş hücumçu Bobbi Tamblinq 84 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, futbolçu 1959–1970-ci illərdə London klubunun heyətində 370 oyuna çıxıb və 202 qol vurub. O, bu göstərici ilə “Çelsi”nin tarixində ən çox qol vuran futbolçu rekordunu müəyyənləşdirib.

Tamblinqin rekordu 2013-cü ildə Frank Lampard tərəfindən yenilənib. Lampard “Çelsi” forması ilə 211 qol vuraraq klubun yeni rekordçusuna çevrilib.

Bobbi Tamblinq həmçinin “Çelsi”nin bir oyunda ən çox qol vurmaq rekordunun da sahibidir. O, 1966-cı ildə “Aston Villa” ilə oyunda rəqib qapısına beş dəfə yol tapıb.

“Çelsi”dən ayrıldıqdan sonra hücumçu “Kristal Palas”, “Seltik”, “Waterford”, “Şamrok Rovers” və “Alberts” klublarında çıxış edib.

Futbolçu karyerasını başa vurduqdan sonra isə “Seltik”, “Kork Siti” və “Krosşaven” komandalarına məşqçilik edib.

İdman xəbərləri futbol xəbərləri

Mənbə: lent.az

Xəbər lenti