Minifutbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatında yarımfinal matçına çıxıb.
Apasport.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Serbiya ilə üz-üzə gəlib.
Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə bitib.
Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan millimiz adını finala yazdırıb.
Komandamız final görüşündə Ukrayna millisi ilə qarşılaşacaq. Görüş 4 iyunda baş tutacaq.
Qeyd edək ki, Ukrayna millisi yarımfinal matçında Macarıstanı məğlub edib – 5:1.
minifutbol milli azərbaycanMənbə: lent.az