IMG-LOGO

Siçan təyyarənin qanadında uçdu - VİDEO

03 Jun 2026 19:07 3 baxış
IMG
2 0

Meksikadan havaya qalxan mülki təyyarənin göyərtəsində çəkilmiş maraqlı video qısa zamanda internetdə sürətlə yayılmağa başlayıb. Videolarda təyyarənin qanadından siçanın bərk-bərk yapışdığı əks olunub. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, həm gülməli, həm də dramatik görünən bu görüntülər internet istifadəçiləri arasında geniş müzakirə yaradıb.

Bəzi insanlar siçana görə narahat olduqlarını bildirərək ona rəğbət göstəriblər, digərləri isə “pulsuz uçuş”, “ekstremal turizm” və “qaçaq sərnişin” barədə zarafatlar etməyə başlayıblar.

Hadisə nə qədər gülməli görünsə də, aviasiya təhlükəsizliyi üzrə mütəxəssislər belə halların ciddi qiymətləndirilməli olduğunu bildirirlər. Təyyarənin içərisində və ya xarici hissələrində kiçik gəmiricilərin olması texniki xidmət komandaları üçün böyük risk hesab edilir.

Təhlükə ondadır ki, gəmiricilər mürəkkəb elektrik naqillərini dişləyə, izolyasiyanı zədələyə və ya mühüm naviqasiya sensorlarına zərər verə bilərlər. Bu isə birbaşa uçuş təhlükəsizliyinə və insanların həyatına risk yarada bilər.

Sizin brauzer video tagını dəstəkləmir. Siçan təyyarəyə çıxdı dünya xəbərləri maraq

Mənbə: lent.az

Xəbər lenti