IMG-LOGO

Turist tətildən 55 çamadan əşya ilə qayıtdı

03 Jun 2026 18:11 3 baxış
IMG
0 0

İsveçrə gömrükçüləri bir isveçrəli qadının furqonlu avtomobilini saxlayaraq 55 çamadan aşkar ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, səyahətçinin çoxlu sayda baqajı sərhədçiləri təəccübləndirib. Hər bir çamadan rentgen müayinəsinə göndərilib. Məlum olub ki, qadın tətildə olduğu Almaniyadan qayıdıb.

"Baqajda yalnız qadının şəxsi əşyaları olub", - Federal gömrük və sərhəd təhlükəsizliyi idarəsinin nümayəndəsi bildirib. 

Sərhəddən bu qədər çoxlu əşyanın daşınması qadağan deyil. İstənilən İsveçrə vətəndaşı, ölkədən çıxarkən yanında olması şərtilə, baqajı rüsumsuz idxal edə bilər.

Turist səyahət

Mənbə: lent.az

Xəbər lenti