Məşhur aktrisa Hande Erçel həm karyerası, həm də şəxsi həyatı ilə maqazin gündəmində diqqət çəkməyə davam edir. Uğurlu layihələri və sosial media paylaşımları ilə tez-tez gündəmə gələn tanınmış sima yeni “Instagram” paylaşımları ilə yenidən izləyicilərinin diqqət mərkəzinə düşüb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Hande Erçelin yeni paylaşımında seçdiyi geyim tərzi və formada görünüşü izləyicilər tərəfindən yüksək qiymətləndirilib.
Zövqlü üslubu ilə diqqət çəkən Hande Erçel sosial mediada yenidən gündəm olmağı bacarıb. İzləyicilər onun yeni görüntülərinə tərif dolu rəylər yazaraq aktrisanın görünüşünü və tərzini bəyəndiklərini ifadə ediblər.
Hande Erçel Maqazin



Mənbə: lent.az